“Bazarstore” ətin qiymətini ucuzlaşdırır

BİZNES 23 iyn 2022, 16:10
“Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”ndakı dəyişikliklər ətin qiymətini ucuzlaşdırdı.

“Bol Ət” markası ilə hər zaman münasib qiymətə ət satışını təşkil edən "Bazarstore" “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi, bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”ndakı dəyişiklikləri diqqətə alaraq ətin qiymətini daha da ucuzlaşdırdı. 

Super “Həftəsonu endirimləri” 

Ətin ümumi qiymətindəki ucuzlaşmadan əlavə hər həftəsonu super endirimlər müştərilərə təqdim olunur. Belə ki, 24-26 İyun tarixlərində "Bazarstore"larda dana qiyməni 9.90 AZN, sümüklü quzu boyununu 11.90 AZN, sümüksüz dana antrikotunu isə yalnız 13.90 AZN-ə ala bilərsiniz.

İnək əti deyil, yalnız dana əti satırıq

"Bazarstore" ət məhsulları istehsalı olan “Bol Ət” markası ilə seçilmiş erkək cinsli heyvanları Azərsun Holdinqə aid fermalardan əldə edib islami qaydalara uyğun olaraq kəsib hazırlayır və müştərilərə təqdim edir. Mağazalarında inək əti deyil yalnız dana əti satılır. Həm dadı həm də keyfiyyəti ilə inək ətindən fərqlənən dana əti daha az yağlı və yumşaqdır.

Ən yaxşı Qurban "Bazarstore"dan alınar

"Bazarstore" hər il olduğu kimi bu il də vəkalətlə paketli qurbanlıq qoyun satışını həyata keçirəcək. Ölkəmizin dörd bir yanında AQTA sertifikatlı fermalardan qurbanlığa uyğun heyvanlar baytar həkimlərin köməyi ilə seçilərək satın alınır, öncədən təyin edilmiş kəsimxanada gigiyenik şəraitdə, islami qaydalara uyğun olaraq, baytar nəzarəti ilə kəsilir. Qurbanlıqlar sizə yaxın olan istənilən mağazaya və ya birbaşa ünvanınıza təhvil verilir. Diri qoç çəkisi 30-32 kq olan qurbanlıqların qiyməti 249 AZN-dir.

Məlik
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top