Salyanda “Ordum varsa, yurdum var” adlı görüş keçirildi — FOTOLAR

SOSİAL 22 iyn 2022, 14:55
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində  26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə “Ordum varsa, yurdum var” adlı görüş  keçirilmişdir.  

Demokrat.az xəbər verir ki, ilk  öncə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi  Araz  Hüseynov  tədbir iştirakçılarını  salamlayaraq bildirdi  ki,  gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.  Bu  sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Tədbirdə çıxış edən Vətən  müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı  Kamil Şirinovun  atası,  keçmiş  hərbçi  Əliş  Şirinov  bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində  hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

Tədbirdə  çıxış edən Qarabağ  qazisi, Salyan  rayon  8 saylı  tam orta  məktəbin   hərbi  rəhbəri  Zamiq  Əsgərov  bildirdi  ki, 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu il ordumuzun  yaradılmasında  104 il  ötür. 

Tədbirdə çıxış edən Salyan rayon  Tarix  Diyarşünaslıq  Muzeyinin  direktoru  Rəfiqə  Ağabəyli Bildirdi ki, dünyanın 50 ən güclü ordusu sırasında olan ordumuz 44 günlük Vətən müharibəsində öz qüdrətini dünyaya göstərdi. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar silahlı qüvvələrin nizami ordu kimi formalaşdırılması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı.
Daha sonra  Salyan rayon Gənclər və İdman İdarəsi  tərəfindən  26  İyun  Silahlı  Qüvvələr  Gününə  həsr edilmiş  videoçarx  nümayiş etdirilir.  Tədbirin  sonunda 26  İyun  Silahlı  Qüvvələr  Günü münasibəti ilə Vətən  müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı  Kamil Şirinovun  atası,  keçmiş  hərbçi  Əliş  Şirinov Qarabağ  qazisi, Salyan  rayon  8 saylı  tam orta  məktəbin   hərbi  rəhbəri  Zamiq  Əsgərov,  Qarabağ  qazisi  kapitan  Vasif  Abdullayev Salyan rayon Gənclər və İdman İdarəsinin fəxri  fərmanları ilə,  Salyan  rayon  8 saylı  tam orta  məktəbin   hərbi  rəhbəri  Zamiq  Əsgərovun  rəhbərliyi ilə  "Şahin" hərbi idman oyununun Sabirabad rayonunda keçirilmiş regional zona birinciliyində II yeri  tutmuş  və  Respublika Final mərhələsində  uğurla  iştirak etmiş  Salyan komandasının  üzvləri  isə Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top