Avtobuslar radara və kameraya düşməmək üçün nömrəsiz işləyir — DYP hara baxır? (VİDEO)

SOSİAL 21 iyn 2022, 13:45
Şamaxı rayonunda qeyri-adi hadisə baş verir. 

Sakinlərin Avtosfer.az-a verdiyi məlumata görə, 1 və 2 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusları nömrəsiz işləyir. Təqdim olunan videolardan da göründüyü kimi, avtobusların heç birinin üzərində dövlət nömrə nişanı yoxdur.

Sakinlərin sözlərinə görə, həmin avtobuslar ata və oğul tərəfindən yaradılan bir şirkətə məxsusdur. Onlar radara və kameraya düşməmək üçün nəqliyyat vasitələrinin üzərindəki nömrələri çıxarırlar. Belə olan halda sürücülər həm sürət həddini aşır, həm də digər qayda pozuntularına yol verirlər. Şamaxı DYP Bölməsi isə buna sadəcə göz yumur.

Qeyd edək ki, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməyə görə 60 manat 4 bal cərimə nəzərdə tutulur. Şamaxıda ata-oğula məxsus şirkətin isə 10-dan artıq avtobusu var və onların heç birinin üzərində nömrə olmur. Beləcə, onlar hər gün ən azı min manatlıq qayda pozuntusuna yol vermiş olurlar.

Görüntüləri təqdim edirik:
 


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top