Əli Həsənovun şirkəti icra şöbəsini məhkəməyə verdi — Şok səbəb

HADİSƏ 21 iyn 2022, 12:58
Kaspi Təhsil Mərkəzinin xaricdə təhsil xidmətləri üzrə şöbəsi olan "Kaspi Global" MMC məhkəmə iddiası qaldırıb.
 
Demokrat.az xəbər verir ki, MMC Səbail rayon İçra Şöbəsinə qarşı iddia qaldırıb. 

İddia ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. İş hakim Həmid Ağalarovun icraatına verilib. 

Bu günlərdə məhkəmə olacağı gözlənilir. 

Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon İçra Şöbəsinin əməkdaşları tərəfindən MMC-nin rayon ərazisində olan binası möhürlənib. 

Buna səbəb həmin binanın möhürlənməsi ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin hökmünün icrası ilə bağlı olub. 

Məhkəmənin qərarına görə, həmin bina müsadirə edilib və icra olunması üçün icra şöbəsinə məktub göndərilib. 

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun bütün əmlakları hərrac yolu ilə satışa çıxarılıb. 

Kaspi Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top