“Bakı Metropoliteni” 50 min manatlıq avtomobil yağı alır

SAHİBKARLIQ 20 iyn 2022, 18:12
“Bakı Metropoliteni” QSC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Technoil” MMC olub.

Demokrat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC istifadəsində olan avtomobil nəqliyyatı vasitələri üçün mühərrik və sürtkü yağlarının satın alınması üçün MMC-yə 49 min 996 manat 60 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 11 milyon 688 min 495 manat nizamnamə kapitalı olan “Technoil” MMC-nin qanuni təmsilçisi Zeynalova Rumadə Ağabəy qızıdır.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top