Nazirlər Ağdamda "BAFCO İnvest", “Eel Electric”, "Mister Decor”un fəaliyyəti ilə tanış olublar — FOTO

SAHİBKARLIQ 06 may 2025, 15:31
Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin fəaliyyəti ilə tanış olublar.

Demokrat.az xəbər verir ki, şirkət müxtəlif məqsədlər üçün ayaqqabı və çəkmələrin istehsalı ilə məşğul olur.

Bununla yanaşı, Parka səfər çərçivəsində hökumət başçılarına elektrik avadanlığı istehsal edən “Eel Electric” MMC-nin işi və istehsal göstəriciləri ilə bağlı məlumat verilib.

Bundan əlavə, Ə.Əsədov və A.Turçin divar kağızları istehsal edən "Mister Decor” şirkətinda olublar və onun işi ilə tanış olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top