Bu il hovuzlu bağ evlərinin kirayəsi neçəyədir? — VİDEO

SOSİAL 20 iyn 2022, 09:35
Kirayə verilən dənizkənarı, hovuzlu bağ evlərinə maraq nisbətən azalıb. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb olub.  Əvvəlki illərlə müqayisədə hazırda  hovuzlu bağ evlərinin qiymətində  3-4 min manat enmə müşahidə   olunur. Hazırda müştərilərə 1500 manata da ev təklif olunur.

Əvvəlki illərdən fərqli olaraq indi bağ evlərinin kirayə qiymətləri aşağıdır..

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, pandemiya qaydalarının yumşaldılmasından sonra belə mənzərə yaranıb.

Rieltor Həşim Qədirovun sözlərinə görə qiymətlərin düşməsinin əsas səbəbi tələbin az olmasıdır. Çünki bağ sahibləri kirayə qalacaq şəxslə müqavilə bağlayıb 3-4 aylıq ödənişi əvvəldən tələb etdiyi üçün belə evlərə maraq azaldıb. Amma qiymətlərə təsir edən başqa amillər də var.

Hazırda qiymətlərdə artım olmadığından növbəti aylarda da ciddi dəyişiklikliyin olacağı proqnozlaşdırılmır.

Ekspert hesab edir ki, bağ evinin yerləşdiyi ərazi, evin sahəsi və şəraiti də qiymətə təsir edən amillərdəndir.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top