“Əhalinin rifahı pisləşir…Son 15 ildə bu, müşahidə edilməmişdi”— Rövşən Ağayev

SOSİAL 19 iyn 2022, 18:08
“Statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir”. 

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev  2022-ci ilin büdcə dəyişikliyi ilə bağlı sənədlər parlamentə daxil olan sənədləri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə,  büdcə gəlirləri təsdiqlənmiş variantla müqayisədə təxminən 9% və ya 2.3 mlrd. manat artırılır: “Büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır. Bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur. Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5% azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20% artıb.

Bu faktı göstərir ki, təkcə idxal mallarının bahalnması il ərzində cibumizdən 400 mln. manata yaxın əlavə pul çıxaracaq”.

R.Ağayevin sözlərinə görə, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılığığı var:

 “İdxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasına işarə edir. Yəni, statisitkanın yüksək artm rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top