İmtahan qaydalarını pozan 9 nəfərin nəticəsi ləğv edildi

SOSİAL 17 iyn 2022, 18:15
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 4-5 iyun tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 38539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib.

DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top