Rayonlara sərnişin daşıyan avtobusların texniki sazlığı necə yoxlanılır? — VİDEO

SOSİAL 16 iyn 2022, 09:09
Məktəblərin bağlanması və yay mövsümü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara üz tutan sərnişinlərin sayında əvvəlki aylarla müqayisədə artım müşahidə edilir.

Bu da sərnişinlərin avtobuslarla təhlükəsiz şəkildə mənzil başına çatdırılması məsələsini gündəmə gətirib. Bəs hər gün minlərlə sərnişini daşıyan avtobusların texniki sazlığı hansı səviyyədədir?  

Ümumiyyətlə, xəttə çıxmazdan öncə həmin avtobuslar yoxlanırmı?

"Xəzər Xəbər"in çəkilişi zamanı məlum olub ki, avtobuslar əvvəlcə avtoyuma məntəqəsində yuyulur. Sonra isə texniki müayinə mərkəzinə daxil olur. Ardıcıllığa uyğun olaraq ön və arxa işıqlar, sonra isə əyləc sistemi dəqiqliklə yoxlanır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara səfər edən bütün avtobuslar hər gün bu iş rejmində yoxlamadan sonra xəttə buraxılır.

Texniki müayinə mərkəzinin müxtəxəssisi Fəxrəddin İmanov deyib ki, yoxlamadan sonra avtobus sürücülərinə buraxılış talonu verilir.

Sürücülər də deyiblər ki, hər gün sərnişindaşıma ilə məşğul olduqları üçün mümkün qədər nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayırlar. Hər hansı bir nasazlığın olması onların ziyanınadır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Samir Səfərov isə bildirib ki, bütün bu xidmətlər yalnız qanuni şəkildə faliyyət göstərən avtobuslarda həyata keçirilir. Yəni avtovağzaldan kənar daşıma həyata keçirənlərə onlar məsuliyyət daşımırlar. Onun sözlərinə görə, sağlamlıq durmu normal olmayan sürücülər də avtobusu idarəetməyə buraxılmır. Həmin istiqamət üzrə başqa sürücü ayrılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top