Səhiyyə naziri əmr imzaladı

SOSİAL 14 iyn 2022, 19:15
Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahan keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrlə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə imtahanların keçirilməsi təmin etmək tapşırılıb.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasına da tapşırıq verilib.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin edəcək.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top