Bakı Zooloji Parkında pələng balası doğuldu — FOTO

SOSİAL 13 iyun 2022, 14:21
Bakı Zooloji Parkında pələng balası doğulub.

Demokrat.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası - Nur.

Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq".
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top