Azərbaycan Qran-prisində “Formula 2” qalibləri mükafatlandırıldı

İDMAN 12 iyun 2022, 13:58
Bu gün Azərbaycan Qran-prisində mükafatlandırılma mərasimi təşkil olunub.

Demokrat.az xəbər verir ki, “Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.

Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Xauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.

Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top