Təhsil Nazirliyi tenderi Ramiz Mehdiyevin nəşriyyatına verdi — ŞOK ADDIM

SOSİAL MEDİA 12 iyn 2022, 12:57
Təhsil Nazirliyi yeni tədris ilinin ən böyük tenderini AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin biznes imperiyasına daxil olan “Şərq-Qərb” ASC-yə verib. Belə ki, Nazirlik 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub və sözgedən ASC qalib elan edilib. Ramiz Mehdiyevin şirkətinə 36 milyon 108,1 min manat ödəniləcək.

“Şərq-Qərb” ASC ötən illərdə AMEA-nın da tender tərəfdaşı olub, hətta Hesablama Palatası 2020-ci ilə dair hesabatında ciddi nöqsanlara yol verildiyini bəyan edib. 

Hesabatda qeyd olunurdu ki, AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib. lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.

2001-ci ildə “Şərq-Qərb” özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.
“Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin tam nəzarətindədir. Və bu Nəşriyyat Milli Ensiklopediyanın bir mərtəbəsini qanunsuz olaraq zəbt edib. 

P.S Görəsən bu məbləğdən vasitəçi Məhəbbət Vəliyevanın və işıqlı  "Kaspi"çilərin payı nə qədərdir?

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top