Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovla görüşdü — FOTOLAR

GÜNDƏM 10 iyn 2022, 17:52
Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi çərçivəsində ölkəmizə gələn Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərovla görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə FİA ilə AAF arasında sıx əməkdaşlığın formalaşdığı, bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd edilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanda avtomobil idmanının inkişafı istiqamətində görülən işlər və reallaşdırılan layihələr barədə məlumat verilib, AAF-nın yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi ilə bağlı layihələri müzakirə edilib.

Daha sonra FİA prezidenti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlarla yerində tanışlıq üçün şəhər trekində olub. AAF prezidenti Anar Ələkbərov və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimovun iştirakı ilə keçirilən görüşdə şəhər trekinin yarışa tam hazır olduğu bildirilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top