Abşeronda “Narkomaniyaya “YOX” deyək” devizi altında idman yarışları keçirildi — FOTOLAR

SOSİAL 08 iyn 2022, 17:30
Abşeron rayonunda “Narkomaniyaya “YOX” deyək” devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində idman yarışları təşkil edilib. 

Demokrat.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçalığı ilə baş tutan yarışlarda gənclər idmanın cüdo və Karate Do üzrə növlərində güclərini sınayıblar. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili və idmanın kütləviləşdirilməsi məqsədi ilə keçirilən yarışlara ümumilikdə 500 nəfərə yaxın idmançı cəlb olunub. 29 may – 5 iyun tarixlərini əhatə edən yarışlarda qalib gələn gənclərə diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, bu məqsədlə təşkil olunan idman tədbirlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top