Amerikaya necə köçmək olar?: Səyyah Azər Qəribovun cavabı

TURİZM 08 iyn 2022, 12:24
"Amerikaya necə köçmək olar?" sualı bu günlər ərzində mənim yol yoldaşım oldu.

Beləliklə:

Variant 1.

ABŞ vətəndaşı olan yaxın qohumunuzla birləşmə statusu. Əgər qardaş, baçı, ata, ana, övlad oranın vətəndaşıdırsa bunu etmək mümkündür, amma bu uzun prosesdir, illər çəkə bilər.

Variant 2.

Çinsi məsələ, burada öz oriyentasiyanıza görə təziqlərə məruz qalmağınızı sübut etməlisiniz, həyatınıza təhlükə var filan.

Variant 3.

Qrin kart udub getmək. Əvvəla, bəxtiniz gətirməlidir ki, udasınız.

Udandan sonra isə yenə uzun bir proses keçirsiniz, sənədlər yığırsınız, səfirlikdə müsahibə filan, yəni qrin kartda uduş avtomatik olaraq ABŞ-ya köçmək ixtiyarını vermir.

Son sözü səfrilik deyəcək, Vağınqtondan təsdiq alandan sonra.

Və kifayət qədər pulunuz olmalıdır, çünki bilet almalısınız, ilk müddətdə orada xərclərinizi bağlamalısınız və s.

Məsləhət isə odur ki, heç bir halda burada evinizi satıb getməyin, dünyanın işini bilmək olmaz, birdən oralarda işiniz alınmaıd, ya bəyənmədiniz, yəni sığortalı olun ki, qayıdası olsanız küçədə qalmayasınız.

Eyni zamanda bu xətlə köçənlər Ştatın və şəhərin seçimində çox diqqətli olmalıdırlar, çalışın həmin yerdə iş təkliflərini araşdırın, çalışın tanışlarınız olsun orada və s.

Eyni zamanda dişlərinizi sağaldıb sonra gedin (bütün variantlara aiddir) və çalışın hansısa konkret peşəyə sahib olun.

Variant 4.

Evlilik. Populyar variantlardan biridir, amma bunun sualtı daşları var. Əlbəttə, söhbət səmimi eşqdən gedirsə, heç bir problem yoxdur.

Yox əgər söhbət saxta evlilikdən gedirsə, əvvəl evlənməyə razı olanı tampalısınız, o sizi dəvət emtəlidir və siz viza almaq üçün səfirliyi inandırmalısınız ki, söhbət məhəbbətdən gedir və s.

Amma viza alıb getsəniz belə, hazır olun ki, ABŞ inanılmaz dərəcədə ciddi yanaşır məsələyə və total olaraq prosesə nəzarət edir.

Məsələn, gecə yarısı evə gəlib baxış keçirə bilərlər ki, görək bir çarpayıda yatırsınız, ya yox.

Yaxud, çağırıb sorğu-sual edirlər tez-tez ki, dünən nə yemisiniz evdə, həyat yoldaşınızın alt tumanı bu gün hansı rəngdədri və s.

Bəli, ciddi deyirəm, hələ bundan da intim suallar ola bilər.

Variant 5.

Siz o dərəcədə yüksək ixtisaslı mütəxəssissiniz ki, ABŞ şirkəti sizi dəvət edir, sizin iş icazənizi öz üzərinə götürür.

Variant 6.

Turist kimi gedib qalmaq. Bu, real variantdır, turist vizası ala bilsəniz, əlbəttə.

ABŞ-da millionlarla qeyri-qanuni immiqrantlar yaşayır, heç kim küçədə saxlayıb sənəd soruşmur, amma bu, çətin variantlardan biridir, çünki işiniz leqal olmayacaq, müvafiq olaraq maaş da az olacaq.

Tibbi sığortanız olmayacaq, sürücülük vəsiqəsi ala bilməyəcəksiniz və s.

Bu variantın bir üstünlüyü var ki, illər sonra ABŞ qalmağınızı leqallaşdıra bilər.

Adamlar tanıyıram ki, illərdir qeyri-leqal yaşayır ABŞ-da, amma seçim yenə də fərdidir.

Variant 7.

Təhsil almağa gedib qalmaq. Bu da real variantdır, amma təhsilə pulunuz olmalıdır, ABŞ-da təhsil çox bahadır.

Ucuzları da var, amma ali təhsil oçağının nüfuzu nə qədər çox olarsa, bir o qədər iş tapıb qalmaq şansı da çoxalar.

Variant 8.

Meksika vizasını almaq, sonra oradan gızlı yollarla sərhədi keçmək. Ən pis, ən təhlükəli, ən avantürist variant.

Variant 9.

Ölkəyə millionlarla sərmaya qoymaq.

Variant 10.

Qaçqın kimi, bizim bölgədən bunu əsasən ermənilər edir.

Variant 11.

Yahudi olmalısınız və Yahudi təşkilatlarının dəstəyini almalısınız.

Variant 12.

Siyasi mühacir kimi. Bunun üçün əvvəla siz gedib ora çıxa bilməlisiniz, yəni viza almalısınız və ən əsası, sübut etməlisiniz ki, burada sizin həyatınız ciddi təhlükə altındadır.

Bu, asan məsələ deyil, belə status almaq üçün həqiqətən tanınmış müxalifətçi olmalısınız.

Yəni piketdə şəkil çəkdirməklə status almaq zamanları artıq geridə qalıb.

Variant 13.

Mən biləni, yoxdur.

Sonda isə deyim ki, hər bir insan özü qərar verir, nəticəsini də özü görür.

Amerikaya gedib uğur qazanan dostlarım da var, suyu süzülə-süzülə qayıdıb qələn də.

Əsas odur ki, insan düşünülmüş addım atsın, "orada işsiz 1500 dollar alır" təbliqatı altında deyil.

Əvvəla, ayda 1500 dollar Amerika öz vətəndaşlarına verir, digərlərinə deyil, sonrası da ABŞ-da ayda 1500 dollar burada ayda 250 manat kimi bir şeydi.

Bununla da mövzunu bağlayıram, istənilən halda istənilən insana uğur arzulayıram, qoy hamı öz arzusuna çatsın!

Azər Qəribov 
Tanınmış Azərbaycanlı jurnalist, blogger, səyyah
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top