Ruslar arasında Azərbaycana səyahət tələbatı azalmayıb — Rusiya Turizm Sənayesi İttifaqı

TURİZM 07 iyul 2025, 12:20
Rusiya Turizm Sənayesi İttifaqı (RUTİ) Rusiya vətəndaşları arasında Azərbaycana turlara tələbatın azalmasını qeydə almayıb.

AzPost RBC-ya istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Rusiya Turizm Sənayesi İttifaqı (RUT) Rusiyadan gələn turistlərə Azərbaycanda yaxşı münasibət göstərildiyini vurğulayıb. Turlardan imtina tək-tükdür, bu da normaldır.

“Turoperatorların fikrincə, tələbin azalması təsdiqlənmir”, – deyə Rusiya Turizm Sənayesi İttifaqı bildirir.

Turoperatorlar qeyd edirlər ki, Azərbaycanın kurortları – Bakı, Qəbələ, Naftalan ruslar arasında hələ də tələbat olan yerlərdir.

Təyinatın populyarlığı rahat uçuşlar, mədəni münasibət və qonaqpərvərliklə izah olunur.

Bundan əvvəl KİV-lər rusiyalılar arasında Azərbaycana turlara tələbin 30-40% azalması barədə məlumat vermişdilər.

Moskva ilə Bakı arasında münasibətlərin kəskinləşməsi bir neçə azərbaycanlının Yekaterinburqda saxlanılaraq həbsindən sonra baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top