Astarada 29 yaşlı tur rəhbəri dağlıq ərazidə yıxılaraq ölüb

HADİSƏ 02 avqust 2025, 21:58
Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub.

R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayev APA-ya verdiyi açıqlamada bildirib ki, R.Zamanovu epilepsiya tutub və o yıxılıb, baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top