Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

HADİSƏ 03 avqust 2025, 00:28
Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan üç avtomobil toqquşub.

Qəza nəticəsində 1974-cü il təvəllüdlü M.Zeynalova və 1994-cü il təvəllüdlü X.Zeynalov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top