Kürdə 16 yaşlı yeniyetmə batdı

HADİSƏ 02 avqust 2025, 20:53
Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub.

Demokrat.az Apa-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.

Onun meyiti FHN-in qurumu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top