Ekspert: Bu xəbər həm yerli, həm də xarici qonaqlar üçün sevindirici ola bilər

TURİZM 15 iyul 2025, 14:56
Bu ilin yanvar-may aylarında Azərbaycana 178 ölkədən 979,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, əslində keçən illə müqayisədə bu il daha çox turist gələ bilərdi:

“Nəzərə alaq ki, keçən ilin noyabr ayında ölkəmizdə adlı-sanlı COP29 tədbiri keçirildi. Bu səbəbdən həmin vaxt paytaxtımıza çox sayda qonaqlar gəlmişdi. Ona görə də gələn həmin qonaqlar ölkəmiz üçün təkrar turist bazası formalaşdırılmalı idi. Şübhəsiz, ölkəmizə bu günlərdə təşrif buyuran turistlərin içərisində həmin qonaqlardan da var. Hava şəraitinin belə pis keçməsi, sözsüz ki, yay turizminə çox mənfi təsir göstərir. Hətta yerli turizm bazarına da təsirsiz ötüşmür. Bu ən çox çimərlik sevərlər üçün uyğun deyil. Sinoptiklərin verdikləri məlumatlara əsaslansaq, iyul ayında tempraturun yüksək olacağını gözləmək olar. Düşünürəm ki, bu xəbər həm yerli, həm də xarici qonaqlar üçün sevindirici ola bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top