Rusiya “Azovstal”da həlak olan döyüşçülərin meyitlərini Ukraynaya verir

SOSİAL 06 iyn 2022, 21:13
Rusiya dağıdılmış Mariupol şəhərindəki “Azovstal” polad zavodunda həlak olan ukraynalı döyüşçülərin cəsədlərini təhvil verməyə başlayıb.

Bunu “Azov alayı”nın keçmiş lideri, hərbi komandir Maksim Jorin bildirib. Onun sözlərinə görə, bombalanmış fabrikin xarabalıqlarından çıxarılan onlarla döyüşçünün cəsədi Ukraynanın paytaxtı Kiyevə aparılıb.

Orada qalıqların tanınması üçün DNT testi aparılır. 

Qeyd edək ki, “Azov alayı” təslim olana qədər fabriki üç aya yaxın müdafiə edən Ukrayna birliklərindən olub. Havadan və dənizdən vurulan zavodda hələ də neçə cəsədin olduğu bəlli deyil.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top