Ağalı sakinləri qayıdışa hazırlaşırlar — VİDEO

SOSİAL 06 iyn 2022, 15:13
Ağalı kənd sakinləri qayıdışa hazırlaşırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib.

Videoçarxın qəhrəmanları kəndin sakinləri Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, respublikamızda ilk dəfə “ağıllı kənd” layihəsi burada icra olunur.

Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş keçmiş məcburi köçkünlər daimi məskunlaşacaqlar. 

Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top