Timsah iki yaşlı uşağı valideynlərinin gözü qarşısında uddu — FOTOLAR

DÜNYA 04 iyn 2022, 18:45
ABŞ-da faciəvi olay baş verib.

Demokrat.az xəbər verir ki, ABŞ-ın "Walt Disney World" bölgəsindəki parka dincəlməyə gedən ailə faciə ilə üzləşib. 

Ailənin iki yaşlı oğlu gölün kənarında gəzərkən timsah tərəfindən hücuma məruz qalıb. 

Bir anda göldən çıxan timsah iki yaşlı uşağı udub.

Bunu görə valideynlər dərhal gölə atılıb və timsahın ağzını açmağa çalışıblar. Amma bunu müvəffəq olmayıblar və timsah bir anda gözdən itib.

Baş verən hadisə orada olan hər kəsi dəhşətə gətirib.

Hüquq-mühafizə orqanları olayla bağlı araşdırma aparırlar.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top