“Elmira Axundova 1 milyon verib səfir olub, onun səfir olmağa mənəvi haqqı yoxdur” — ŞOK İDDİA

GÜNDƏM 03 iyn 2022, 11:45
“Azərbaycanda bəzi adamlar layiq olmadığı mövqelərə gəlirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, bu zaman da həmin adamlar davranışı ilə özünü insanların nəzərində saxlayır:

“Elmira Axundova bir jurnalist idi, birdən-birə deputat oldu, böyük bir iş adamına çevrildi, yüzlərlə müəssisə əldə etdi. O vaxtkı məlumata görə, o, getdi 1 milyon rüşvət verdi və səfir oldu. Hətta, ABŞ onun səfir təyin olunmasına görə, Ukraynaya öz etirazını da bildirmişdi. Yəni, belə insanlardan konsertə getmək, vətəndaşlarımıza kömək etməmək və s. kimi bundan artıq heç nə gözləmək olmaz. Elmira Axundovanın nəinki deputat, səfir, hətta kiçik bir dövlət müəssisəsində hər hansı bir məmur işləməyə də haqqın yox idi.  Ancaq Rusiya özünün bütün təmsilçilərini, onun maraqlarını müdafiə edənləri mümkün qədər çalışır ki, Azərbaycanın dövlət struktrunda yerləşdirsin. Elmira da belə adamlardan biridir”. 



S.Cəlaloğlu Elmira Axundovanın yüksək maaş almasına və əlavə imtiyazlardan yararlanmasından da danışıb:

“Qeyri-hüquqi işlərin bütün müəssisələri də qeyri-hüquqidir. Elə adamın mənəvi haqqı yoxdur ki, deputat və səfir olsun. Bundan sonra nə əldə etməsi, nə əldə etməməsi və s. bütün bunların hamısı qanundankənar şeylərdir. Bütün bu məsələyə yalnız siyasi qiymət verə bilərəm. Siyasi qiymətim odur ki, bu adam Rusiyanın maraqlarını müdafiə edən adamdır. Bunun səfir və deputat olması Rusiyanın bilavasitə təsiri ilə əlaqəlidir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top