“Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək

AQRAR-SƏNAYE KOMPLEKSİ 02 iyn 2022, 17:23
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları  keçiriləcək. Bakı şəhəri və Abşeron yarımadasında 3 fərqli məkanda baş tutacaq yarmarkaların keçirilməsində məqsəd fermerlər üçün alternativ satış yaratmaq və şəhər sakinlərini kənd məhsualları ilə təmin etməkdir. 

Aqrar tədarük və təchizat ASC-nin nümayəndəsi Qalib Bəhramov Demokrat.az-a bildirib ki, yarmarkalar silsilə xarakter daşıyacaq: 



“Ünvanlar N.Nərimanov rayonunda Gənclik metrostansiyasının yaxınlığı, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 5B və Xırdalan şəhəri Heydər Əliyev prospekti 45A ünvanıdır. Yarmarkalarda 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək və budəfəki yarmarkalara təxminən 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq. Birbaşa fermerlərin özləri tərəfindən satışı həyata keçiriləcək və qiymətlər də fermerlərin özləri tərəfindən müəyyənləşdiriləcək. Həmçinin yarmarkalarımızda Azərbaycan Qida Təhlükəsizliyi tərəfindən səyyar qida laboratoriyaları da fəaliyyət göstərəcək ki, bu laboratoriyalar vətəndaşlara xidmət edəcək. Bundan sonrakı həftələrdə də yarmarkaların keçirilməsi nəzərdə tutulub.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top