Cəlilabadda taxıl sahələri 700 hektara yaxın artıb

AQRAR-SƏNAYE KOMPLEKSİ 12 iyun 2024, 22:59
Cəlilabad rayonunda bu il taxıl əkilən sahələr 700 hektara yaxın artıb.

"Report"un Muğan bürosunun məlumatına görə, cari il rayonda 66 min 230 hektar taxıl əkininin 56 min 580 hektarını buğda, 9 min 650 hektarını isə arpa sahələri təşkil edir.

Hazırda təsərrüfatlarda arpa biçini aparılır. Rayonda biçin kampaniyasının mütəşəkkil qaydada aparılması üçün 80-ə yaxın taxıl biçən kombayn sahələrə cəlb olunub.

Qeyd edək ki, 66 min 230 hektar taxıl sahəsinin 6 min 600 hektarı suvarılan, qalanı isə dəmyə torpaqlardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top