Vahid Əhmədov: “Qazi və şəhid ailələrinə dövlət tərəfindən daim diqqət göstərilir”

GÜNDƏM 02 iyn 2022, 15:26
“Bu gün ölkəmizdə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat qeyd edib ki, ölkəmizdə şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür:

“Azərbaycanın dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman qazi və şəhid ailələrinə diqqət və qayğı göstərir. Qeyd edim ki, ölkəmizdə həm qazilərə, həm də şəhid ailələrinə diqqət və qayğı kifayət qədər böyükdür. Çünki 44 günlük Vətən müharibəsindəki qələbəni onlar bizə yaşadıblar. İstər şəhid ailələrinin, istərsə də qazilərin sağlamlığı, dolanışığı  və s. kimi məsələlər daim dövlətimizin diqqət mərkəzindədir. Təbii ki, bugünədək onların problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, bunların əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib, xüsusən də nazir Sahil Babayev bu istiqamətdə mühüm işlər görüb. Düzdür, etiraf edək ki, bəzi məqamlarda anlaşılmazlıqlar, müəyyən şikayətlər var. Amma biz parlamentar olaraq bu işlərlə məşğul oluruq və vaxtında lazımi tədbirlər görürük. Çalışırq ki, bu işlər olmasın. Yəni, dövlət hər zaman çalışır ki, onlar diqqət mərkəzindən kənarda qalmasınlar”. 

V.Əhmədov qeyd edib ki, biz şəhid ailələrinin və qazilərin həmişə yüksək səviyyədə təminatını ilə məşğul olmağa borcluyuq: “Yenə qeyd edirəm ki, bu sahədə bəzi problemlər var. Ancaq onlar da yavaş-yavaş öz müsbət həllini tapacaq”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top