Sarkisyanın qardaşı oğlu həbs edildi

REGİON 01 iyn 2022, 21:26
Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın oğlu Ayk Sarkisyan kütləvi iğtişaşların təşkili və iştirakına görə başlanmış cinayət işi çərçivəsində həbs edilib.

Demokrat.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib. 

Ayk Sarkisyan iki ay müddətinə həbs edilib.

Qeyd edək ki, sözügedən cinayət işi İstintaq Komitəsində  mayın 31-də “Müqavimət” hərəkatının Hökumət Evi 3 saylı inzibati binanın qarşısında təşkil etdiyi itaətsizlik aksiyası ilə bağlı başlanıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top