Rusiya monteneqrolu diplomatı "persona non qrata" elan etdi

DÜNYA 31 may 2022, 22:14
Rusiya  Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşını "persona non qrata" elan edib.

Demokrat.az TASS-a istinadən bildirir ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin diplomatik departamentinin saytında dərc olunan məlumatında deyilir.

“Mayın 31-də Monteneqronun Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Milorad Şepanoviç Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona nazirliyin Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşının "persona non-qrata" elan edilməsinə dair notası təqdim edilib”, - deyə  bildiriblər.

“Bu tədbir 2022-ci il aprelin 7-də Monteneqro tərəfinin Rusiyanın Podqoritsadakı səfirliyinin bir sıra diplomatlarını "persona non-qrata" elan etdiyi əsassız qərara cavabdır”, - nazirlik vurğulayıb.

Aprelin 7-də Monteneqro Xarici İşlər Nazirliyi 7 gün ərzində ölkəni tərk etmək əmri verilən dörd rusiyalı diplomatı "persona non-qrata" elan edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top