Qaldıqca qızıla dönən köhnə binalar... — ARAŞDIRMA

İNFRASTRUKTUR 31 may 2022, 10:57
Bu gün paytaxda minlərlə istismar müddətini bitirən binalar mövcuddur. Bunlar arasında qəzalı vəziyyətdə olanlar da var. Di gəl ki, istismar müddətini bitirmiş binalardakı mənzillərin qiyməti yeni binalardan heç də geri qalmır. 

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, köhnə binalardakı mənzilər daha baha qiymətə təklif olunur.Əslində isə bu belə olmamalıdır.

“Əgər biz onu ümumi kvadrat hesabına götürsək yeni tikili binalarda mənzilin 1 kvm-nin qiyməti təxminən təmirsiz 1200,təmirli 1500 manata təklif olunursa, bu eyni həmin ərazidə köhnə istismar müddətini bitirmiş binalar üçün mənzilin 1 kvm-i təxminən 1800-2000 manat arası dəyişir.Təbii ki,buna bir çox səbəblər var ki,zamanla həmin sökülən binaların yerində hündürmərtəbəli yeni tikili binalar tikildi daha böyük sahələr verdilər və vətəndaşların köhnə mənzilinin qiymətindən 2 dəfə daha artıq yeni mənzil dəyərləndirildi.”



İnkişaf etmiş ölkələrdə daşınmaz əmlaklar yaşına görə dəyərləndirlir.Yəni 1 binanın istismar müddəti bitibsə,və ya uzun illərdir istismar olunursa, mənzillərin dəyəri 50 %-dək ucuz satılır. Azərbaycanda isə nə köhnə, nə də yeni tikilən binalar vətəndaşlar üçün əlçatan deyil. 

“Həmin binalar artıq heç biri ipoteka predimentinə çevrilə bilmirlər.Zamanla şahidi olmuşuq ki,vətəndaşlar ipoteka krediti ilə mənzil alarkən köhnə tikili binalardan mənzil seçimi ediblər.Sənədləşmələrə və digər sahələrə müəyyən xərclər çəkdikdən sonra bütün sənədləri təqdim ediblər və bank tərəfindən imtina verilib.Çünki istismar müddətini bitirmiş həmin binalar bank predmetinə çevrilə bilmir.”



Bu tip problemlərin qarşsı almaq üçün mənzillərin çıxarış sənədində istismar müddətinin bitdiyi tarix qeyd olunmalıdır.Bu, həmçinin köhnə tikili ilə yeni mənzil arasındaki qiymətin tənzimlənməsinə də səbəb olacaq. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top