Bu gün vəfat edən əsgərimiz evin tək oğlu imiş...

HADİSƏ 27 may 2022, 23:36
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.

O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.

Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.

O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top