Politoloq: “Ermənistan Azərbaycan xalqının və prezidentinin qırmızı xəttini tapdalamağa çalışır”

GÜNDƏM 27 may 2022, 17:23
“Ermənistan tərəfi həmişəki siyasətini bu gün də davam etdirir. Ermənistan mümkün qədər məsələləri fərdi məcrada inkişaf etdirməklə və digər məcralara yönəltməklə proseslərin uzanmasına çalışır”.

Bunu Demokrat.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov deyib. Politoloq qeyd edib ki, çox təəssüflər olsun ki, Nikol Paşinyana qədər də Ermənistanın “Qarabağ klanı”nın cinayətkar ünsürləri də prosesi bu səviyyəyə gətirib çıxardıblar:

“Bu gün Nikol Paşinyan da bəzi məqamlarda onların atdığı addımları təkrarlayır. Düşünürəm ki, bu siyasət Azərbaycanla Ermənistan arasında sülhün imzalanması prosesinə ciddi şəkildə maneçilik törədir. Gəlin diqqət edək, Brüsseldə məsələlər müzakirə olunur və sərhədlərin delimitasiya, demarkasipya prosesinin müəyyənləşdirilməsi razılaşadırılır. Əgər sərhədlərin delimitasiya və demarkasiya prosesi razılaşdırılırsa, bu, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında mövcud olan Sovetlər Birliyi dönəmindən, hətta bəzi məqamlarla bağlı sovetləşmə prosesindən öncəki xəritələr əsasında sərhədlərin delimitasiya və demarkasiya prosesinin müəyyənləşdirilməsi porosesi həyata keçirilməlidir. Bu məqamlar bağlı da Qarabağın Azərbaycan ərazisinə aid olması birmənalı şəkildə tarixdən hər birimizə mlumdur. Əgər bu prosesin Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ  müharibəsindən sonra sülh sazişinin imzalaması ilə  bağlı danışıqların aparılmasında Qarabağ məsələsinin kənara çıxarılması iddiası varsa, bu, onu göstərir ki, Ermənistan heç də sülh sazişi imzalamaq istəmir . Ümumiyyətlə, Ermənistan Azərbaycan tərəfinin, xalqının, prezidentinin qırmızı xəttini tapdalamağa çalışır”. 



 Politoloqun sözlərinə görə, Ermənistanın bu addımı əslində çox təhlükəli bir məqamdır:

“Bilirsiniz ki, üç dəfə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatların imzalanması və bunun davamı olaraq Brüsseldə üç görüşün keçirilməsi zamanı müzakirə olunan sülh sazişi ilə bağlı məqamlar bütün dünyaya məlumdur, o cümlədən də cəmiyyətlərə.  Həmin görüşlər zamanı Qarabağ mövzunun kənara çıxarılması heç bir halda qəbul edilməyib və müzakirə predmeti olmayıb. Bu gün Ermənistanın baş naziri bu məqamları dilə gətirməklə, əslində Ermənistan cəmiyyətini müəyyən qədər sakitləşdirməyə çalışır. Təbii ki, Ermənistanda hazırda mitinqlərin keçirilməsi müəyyən mənada Nikol Paşinyanın maraqlarına xidmət edir. Bəzi məqamlara qədər Nikol Paşinyan bundan öz maraqları üçün istifadə edirdi. “Demokrat” imicini  qoruyub saxlamağa çalışır, eyni zamanda dünyada ona Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı təsir və təzyiq göstərən qüvvələrə  çatdırmaq istəyir ki, Ermənistan cəmiyyətində bəzi qüvvələr hələki bu sülh sazişinin imzalanamasına maneçilik törədirlər. Ermənistan cəmiyyəti tam şəkildə bu prosesə hazır deyil. Bu kimi məqamlarda öz maraqları istiqamətində  istifadə edir. Amma təbii ki, o, mitinqləri keçirən şəxslərin hamısı Nikol Paşinyanın istəyinə uyğun hərəkət etmir. Bəzi mıəqamlarda bu onun istəyindən kənara çıxma hallarını özündə əks etdirir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top