Daxili Qoşunların hərbçisi Ağdamda minaya düşdü

HADİSƏ 27 may 2022, 12:28
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisindəxidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top