Salyanda voleybol üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

SOSİAL 26 may 2022, 17:36
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 9 saylı tam orta məktəbin idman zalında  28 May Müstəqillik Gününə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında voleybol idman növü üzrə rayon turniri  keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, ilk öncə Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov idmançıları salamlayaraq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş, ölkəmizin müstəqilliyini elan etməklə təkcə xalqımız üçün deyil, bütün İslam dünyası üçün böyük addım atmışdır. 1918-ci il may ayının 18-dən - mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan demokratik respublika bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdır. 1920-ci ildə Cümhuriyyətin varlığına son qoyulsa da 1991-ci ildə xalqımız özünün dövlət müstəqilliyini bərpa etmiş, Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövlətini yaratmışdır.

Püşkatmadan sonra turnirə start verildi. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda III yeri şəhər 8 saylı tam orta məktəbin komandası, II yeri şəhər 6 saylı tam orta məktəbin komandası , I yeri isə şəhər  2  saylı tam orta məktəbin komandası qazandı. Şəhər 7 saylı məktəb-liseyin və şəhər  9 saylı tam orta məktəbin komandası turnirin fərqlənən komandaları oldu.Sonda qalib və fərqlənən komandalar  Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu.





Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top