Zelenski Rusiya vətəndaşları üçün viza ilə bağlı petisiyanı dəstəklədi

GÜNDƏM 25 may 2022, 23:59
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı petisiyanı dəstəkləyib və baş nazir Denis Şmıqala məsələni həll etməyi tapşırıb.

Bu barədə Ukrayna Prezidenti Ofisinin rəsmi saytında bildirilir.

"Qaldırılan məsələ mühüm və aktualdır, ona görə də mən Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsinin zərurətinin tərəfdarıyam. Yuxarıdakıları nəzərə alaraq, Ukraynanın baş naziri Denis Şmıqala bu məsələyə baxılması xahişi ilə müvafiq məktub göndərilib”, - məlumatda qeyd edilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top