“Putin atəşkəslə bağlı danışıqlara hazırlaşır” — Soros Davosda çıxış etdi

DÜNYA 25 may 2022, 11:32
Məşhur amerikalı xeyriyyəçi, milyarder Corc Soros bildirib ki, Rusiyanın Ukraynaya hücumu Üçüncü Dünya müharibəsinin başlanğıcı ola bilər. Ona görə də Qərb üçün azad sivilizasiyanı qoruyub saxlamağın ən yaxşı yolu Rusiya prezidenti Vladimir Putini məğlub etməkdir.

Demokrat.az xəbər verir ki, Soros bunu Davosda keçirilən forum zamanı deyib.

Onun fikrincə, işğal Üçüncü Dünya müharibəsinin başlanğıcı ola və sivilizasiyamız bundan sağ çıxmaya bilər: “Sivilizasiyamızı xilas etməyin ən yaxşı və bəlkə də yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir”.

Soros qeyd edib ki, Ukraynada xüsusi əməliyyatın plan üzrə getdiyini və Kremlin bütün məqsədlərinə çatacağını deyən Putin indi işğalın səhv olduğunu düşünür və atəşkəslə bağlı danışıqlara hazırlaşır: “Lakin atəşkəs əldə edilə bilməz. Çünki ona etibar etmək olmaz”.

O, həmçinin əlavə edib ki, Putin nə qədər zəifləsə, bir o qədər gözlənilməz olur. Soros da nəticəni proqnozlaşdıra bilməyəcəyini, lakin Ukraynanın qalib gəlmək şansının olduğunu bildirib.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top