Bu gün Belediyye.infonun yeddi yaşı tamam olur

GÜNDƏM 25 may 2022, 10:06
Bu gün Belediyye.infonun yeddi yaşı tamam olur.

Ötən yeddi il ərzindəki fəaliyyətimizə necə qiymət vermək olar? Əslində əsas qiyməti oxucularımız versə yaxşı olar. Lakin subyektivlikdən uzaq dayanıb öz fəaliyyətimizlə bağlı bəzi məqamlara qisa şəklidə toxunmaq istərdim.

Bu gün bələdiyyə üzvlərinin və qulluqçuların xeyli bir hissəsi Belediyye.infonun fəaliyyətiylə yaxından tanışdır və məlumatları var. Ən böyük nailiyyətimiz isə yeddi il ərzində 800-ə yaxın bələdiyyə ilə əməkdaşlıq əlaqələrinin qurulmasını hesab etmək olar.

Ötən yeddi ildə bir sıra ciddi məsələlər barəsində, o cümlədən bəzi bələdiyyələrdə qulluqçuların haqsız olaraq kütləvi şəkildə işdən azad edilməsi məsələsini, Ekologiya və Təbii Sərvətlər nazirliyinin bələdiyyələrə cərimə və məcburi göstərişin kəsilməsini, bələdiyyə-yerli və mərkəzi icra orqanları, xüsusilə də Əmlak məsələləri Dövlət Xidməti ilə münasibətlərinin tənzimlənməsiylə bağlı məqamları daim diqqətdə saxlamaqla qarşılıqlı əməkdaşlıq yolu ilə sistemin inkişafına azacıq da olsa təkan verməyə nail ola bilmişik.

Unutmayaq ki, bir sıra ciddi layihələrin icrası maliyyə vəsaiti tələb etdiyindən həyata keçirə bilməmişik. Ancaq ruhdan düşmürük və ən əsası fəaliyyətdəyik.

Bu gün “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sələfinin maliyyə dəstəyi ilə 2015-ci ilin may ayının 25-də yaradılan Belediyye.info artıq yeddi ildir ki ayaq üstədir, fəaliyyətdədir, bələdiyyələrə dəstəyini göstərməkdədir.

Yəqin ki, zaman özü bizim fəalyyətimizə qiymətini verəcək və səsimizi eşidənlər Belediyye.infonun daha geniş fəaliyyəti üçün şəraitin yaradılmasına təkan verəcəklər.

Biz buna qəti əminik…

Beləliklə, bundan sonrakı illərdə də Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu bələdiyyələrin fəaliyyətini daha məzmunlu şəkildə təbliğ etmək, onların qarşılaşdığı problemləri ictimailəşdirməklə sistemin ictimaiyyətdə nüfuzunu artırmaq üçün əlimizdən gələni əsirgəməməklə davam etdirmək niyyətindəyik.

Vüqar Tofiqli
Belediyye.info saytının təsisçisi

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top