Rusiya Krımda əlavə S-400 zenit-raket batalyonları yerləşdirir

DÜNYA 23 may 2022, 21:12
Qara dəniz və Azov əməliyyat zonalarında rus ordusunun  gəmiləri döyüş əməliyyatlarının aparıldığı ərazilərin təcrid olunması üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Rusiya qoşunları Krımın şimalında əlavə S-400 zenit-raket batalyonları yerləşdirir.

Demokrat.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində məlumat yayıb .

“Mövcud məlumatlara görə, hava hücumundan müdafiə sistemini qurmaq üçün Krım Muxtar Respublikasının şimal-qərb hissəsində rus ordusu əlavə iki S-400 zenit-raket batalyonunu yerləşdirir”, - məlumatda deyilir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top