Rumıniya “Eurovision”dan çıxa bilər

ŞOU-BİZNES 21 may 2022, 21:57
Rumıniya gələcəkdə "Avroviziya"da iştirakdan imtina edə bilər.

Demokrat.az
bu barədə xarici mediaya istinadən xəbər verir. 

Məlumata görə, Rumıniyanın TVR telekanalının direktoru Dan Turturika bildirib ki, ölkə olaraq münsiflər heyətinin qiymətləndirmələrini ləğv etdiyinə görə Avropa Yayım Birliyini məhkəməyə vermək barədə düşünürlər.

Turturika sosial şəbəkədə, “Mən “Avroviziya” da iştirakdan imtina məsələsində TVR rəhbərliyini şəxsən dəstəkləyəcəm, biz Avropa Yayım Birliyini məhkəməyə vermək və imicimizə dəyən ziyana görə kompensasiya tələb etmək variantını düşünürük”,- yazıb.

Onun fikrincə, Avropa Yayım Birliyi 6 ölkənin ictimai televiziya kanallarına qarşı son dərəcə hörmətsiz davranıb və buna görə üzr istəmək niyyətində deyil.

Qeyd edək ki, mayın 14-də Turində keçirilən “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsi peşəkar münsiflər heyəti və tamaşaçıların səsverməsinin nəticələrinə görə 631 xal toplayan Ukraynanın qələbəsi ilə başa çatıb. Rumıniya nümayəndə heyətinin rəhbəri İuliana Marçuk bildirib ki, müsabiqənin təşkilatçıları Rumıniya münsiflər heyətinin verdiyi qiymətləri yenidən bölüşdürərək, Moldovaya deyil, ən yüksək balı Ukraynaya verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top