Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirildi — FOTOLAR

SOSİAL 21 may 2022, 15:52
Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığıl ilə Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində “Jest dilində vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili layihəsinin yekun tədbiri keçirib.

Bildirilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsasını məhdudiyyətli insanların vətən sevgisi, müharibə dövründə keçirdikləri hiss və duyğuların təcəssümü əks etdirir. Tədbir ilk olaraq məhdudiyyəti insanların dili olan jest dilində çəkilən Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı sosial çarxla başladı.

Daha sonra “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” ictimai birliyinin rəhbəri Cəmilə Abdulova layihə haqqında geniş məlumat verdi. Tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova rayon ərazisində əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, gənclər arasında vətənpərvərlik mövzusunda layihələrin keçirilməsini, bu səpkili tədbirlərin yeniyetmələrin vətənpərvərlik ruhda yetişməsinə böyük töhvə verdiyini bildirdi.

Sonra tədbirdə iştirak edən Abşeron rayon idarə və təşkilatları, Qeyri-Hökumət Təşkilatı rəhbərləri, valideynlər layihə barədə fikirlərini bildirdilər. Layihə çərçivəsində eşitmə məhdudiyyətli gənclərin iştirak etdiyi “Mən Əsgərəm” adlı sosial çarx, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Günel Kərimovanın rəhbərliyi ilə şagirdləri tərəfindən “Şuşanın dağları” jest dili ilə rəqs kompozisiyası, 11 nömrəli xüsusi təhsil məktəbinin müəllimləri Nazilə Məhərrəmova və Gülnarə Əhmədova rəhbərliyi ilə həmin məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Sarı gəlin” kompozisiyası, 2-ci Qarabağ müharibəsi qazisi Rəşad Mirzəyevin həyatı və eşitmə məhdudiyyəti olan valideynləri ilə bağlı çəkilmiş videorolik izləyicilərə təqdim edildi. Ən sonda isə hərbi səhnəciklə tədbir proqramı yekunlaşdı.

Tədbirin yekununda iştirakçılara və layihəyə dəstək olan şəxslərə və qurumlara təşəkkürnamələr təqdim edildi.



Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyn 2022, 20:59
Top