Ukraynanın Haaqada Rusiyaya qarşı iddiasını 40-dan çox ölkə dəstəklədi

GÜNDƏM 20 may 2022, 21:46
Beynəlxalq ictimaiyyət Ukraynanın Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) məsuliyyətə cəlb etmək səylərini dəstəkləyir.

Demokrat.az “Ukrinform”a istinadən bildirir ki, bu barədə 40 digər ölkə və Aİ adından Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsində Rusiyaya qarşı iddiasını alqışlayırıq- bəyanatda deyilir.

 “Biz qəti şəkildə inanırıq ki,  məhkəmə Rusiyanın Ukraynaya əsassız və vəhşicəsinə işğalının səbəbi kimi soyqırım iddiaları ilə bağlı qərar çıxara biləcək”, - bəyanatda deyilir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top