Bakıda yolu keçən 70 yaşlı qadını maşın vurdu

HADİSƏ 20 may 2022, 09:09
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1952-ci il təvəllüdlü Nəcəfova Mirvari Hüseyn qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün və sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top