Jirinovskinin partiyasına yeni sədr təyin olundu

REGİON 18 may 2022, 12:24
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Dumada Rusiya Liberal Demokrat Partiyası fraksiyasının sədri seçilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı fraksiyanın mətbuat katibi Aleksandr Dyupin açıqlayıb.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının təsisçisi və lideri Vladimir Jirinovski aprelin 6-sı dünyasını dəyişdikdən sonra Slutski müvəqqəti olaraq fraksiyanın rəhbəri təyin olunmuşdu.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top