“Yenidən “Moskviç” istehsal olunacaq” — Moskva merindən açıqlama

AVTO 17 may 2022, 16:57
Rusiyada “Moskviç” avtomobil markası yenidən bərpa olunur.

Demokrat.az xəbər verir ki, bunu paytaxt meri Sergey Sobyanin “Renault Rusiya” şirkətinin bütün payının Moskva hökumətinə satılması ilə bağlı sövdələşmədən danışarkən deyib.

Sobyanin zavodu şəhərin balansına götürmək və tarixi “Moskviç” brendi altında minik avtomobillərinin istehsalını bərpa etmək qərarına gəldiyini bildirib: “Çalışacağıq ki, komandanın çox hissəsi birbaşa zavodda və onun subpodratçıları ilə işləsin. KAMAZ “Moskviç”in əsas texnoloji tərəfdaşına çevriləcək. Birinci mərhələdə klassik avtomobillərin, gələcəkdə isə elektromobillərin də istehsalı təşkil olunacaq”.

Məlumata görə, müəssisənin adı dəyişdirilərək “Moskviç” Moskva Avtomobil Zavodu (MAZ) olacaq.

“Moskviç”in bəzi modelləri taksi üçün nəzərdə tutulacaq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top