“İlk işim “Rabitəbank”ı dəyişmək olacaq” — Müştəri boykota çağırdı

GÜNDƏM 12 may 2022, 18:12
Müştərisi “Rabitəbank”da şikayətçidir.

Demokrat.az xəbər verir ki, Həmidə Talıbova problemini sosial şəbəkədə yazıb. Onun sözlərinə görə xaricdə işlətmək üçün bankdan USD kart alıb:” Bir müddət idi lazım olmurdu, son dəfə bir ay əvvəl lazım oldu, kartı yoxlamaq üçün 5 USD göndərdim xarici kartdan Rabitənin kartmanesinə. Saatlarla xəbər çıxmadı və həmin gün axşam kartımdan 18 AED( dirham) çıxılması gərəkən yerdə 96 AED çıxıldı. Buradakı bankla əlaqəyə keçdim, qəbul edən bankla əlaqə saxlamağı tövsiyə etdilər”.

Müştəri deyir ki, qəbul edən bank da, sağ olsun, zülm verir bir suala cavab almaq üçün. Şikayətçi elektron poçtla məktub yazıb: ” əMail yazdım, çat bölməsində hər gün müxtəlif adlarla bir neçə xanım cavab yazır ki, 3-10 iş günü ərzində cavab veriləcək sizə. 1 ay keçdi, xəbər yoxdur. Dərd orasıdır ki, göndərilən 5 USD də gəlib çatmayıb karta. Pul hardadı, kimdən soruşaq, neynəyək, bilmirik.
Mən xaricdə işlədəcəyim bir kartla ilk tranzaksiyada bu qədər problem yaşayıramsa, başqa bankdan manat kartım vardı onsuz, onu istifadə edərdim, komissiyanın çıxılma səbəbini də bilərdim ki, aradakı kurs fərqinə görədir. 5 dəfə artıq komissiya tutub, bu qədər də pis müştəri xidməti necə göstərə bilirsiz, anlamıram. Ölkəyə gələn kimi ilk iş bankı dəyişmək olacaq. Bu bankdan istifadə etmək istəyənlər, nəzərinizdə olsun”.(tia.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top