Hava nə vaxtdan mülayimləşəcək? — AÇIQLAMA

SOSİAL 12 may 2022, 14:47
“Ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti sabahdan etibarən mülayimləşəcək”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Mərkəz direktoru qarşıdakı günlərin hava proqnozu ilə bağlı bunları deyib:  

“Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti sabah gündüzdən başlayaraq, mülayimləşəcək. Yağınılar tədricən kəsiləcək, gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, havanın temperaturu Aran rayonlarında 19-24 dərəcə isti, dağlarda isə 7-12 dərəcə isti gözlənilir. 



Ayın 14-də də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur rejimi tədricən yüksələrək, Aran rayonlarında 22-28 dərəcə isti, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacağı gözlənilir. 

Bakıda və Abşeron yarımadasında isə ayın 13-ü və 14-ü dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal küləyi cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu tədricən yüksələrək, ayın 13-də 18-22 dərəcə isti, 14-də isə 19-23 dərəcə isti gözlənilir. Sabahdan başlayaraq, hava mülayimləşəcək. Temperatur tədricən yüksələcək.”

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top