“Green card” qazananların nəzərinə: Dişlərinizi düzəldin, öd kisəsində və böyrəklərdəki daşlar...

MARAQLI 08 may 2022, 20:32
Green card” qazananlara qızıl kimi tövsiyyələr verirəm. Təqribən 2 il sonra gedəcəksiniz, bu iki il ərzində bunları edin:
 
1. Burada ikən dişlərinizi tam düzəldin, sağlamlığınızı tam yoxlayın, öd kisəsində və böyrəklərdəki daşlar daxil olmaqla.
 
2. Texniki peşə sahibi deyilsəniz, burda ikən bir peşəyə yiyələnin, məsələn 6 aylıq texniki təhsil alın. Məsələn motor ustası ABŞ-da çox əla pul qazanar. Kondisioner ustaları da.  İstənilən ustalıq sənəti orda yaxşı qazanc gətirir, iş də çoxdur. Humanitar sahə üzrə Azərbaycanda aldığınız ixtisas ABŞ-də heç bir şeyə yaramayacaq.
 
3. Bakıda 6 aylıq müxtəlif İT sahələri üzrə kurslar var. İndi ən çox tələb olunan soft-ware testingdir məsələn. QA engineering lap əla olar.
 
4. Ailəsi ilə gedənlər bilsin ki, yoldaşı da işləməli olacaq. indidən ona bir sənəd öyrədə bilər. Sizə gülməli gələr amma, saç ustası olsa da normal pul qazanar. Bacarırsa İT sahəsindən bir şey öyrənsin. ABŞ-də işləməyə məcbursan. İşləyəndə pul qazanırsan, yaxşı da qazanırsan. Amma mütləq işləməlisən.
 
5. Gedib yerləşəcəyiniz ştatda getmədən əvvəl Azərbaycan icması ilə əlaqələr qurmağa çalışın. Texas-da güclü icma var, iş imkanları da yaxşıdır.
 
6. Burda ikən ingilis dilinizi fluent hala gətirin. Kursa gedin. ABŞ-da buna imkan olmayacaq, kurs tapsanız çox baha olacaq.
 
7. Oğlanlara tövsiyəm, ABŞ ordusuna girin. Vətəndaşlıq almadan da orduya xidmətə girmək olur. Bəhrəsini həm özünüz, həm də ABŞ-Azərbaycan münasibətləri görəcək. Polisə də girmək olar, 1 illik Criminal Justice kurslarına getdikdən sonra.
 
8. Sualınız olsa inboxa yazın.
 
Ekspert Fərhad Mehdiyev

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top