Şəkidə sel ciddi fəsadlar törətdi — FOTO

HADİSƏ 07 may 2022, 23:03
Şəkiyə yağan intensiv yağış güclü selə səbəb olub.

Demokrat.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 1010 sakinin yaşadığı Cunud kəndində dərələrdən gələn sel hər iki yolu aparıb.

Hazırda rəhbər vəzifəlilər həmin kənddədirlər. Bildirilib ki, kəndin işığı bərpa olunub, mağazalar və digər vacib obyektlər işlək vəziyyətə gətirilib.

Vəziyyət nəzarətə götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top